Azərbaycandan media nümayəndələri Təbrizə səfər ediblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i281145-azərbaycandan_media_nümayəndələri_təbrizə_səfər_ediblər
Azərbaycan Respublikasının media mənsublarından ibarət bir qrup bu gün səhər İranın şərqi Azərbaycan ostanının mərkəzi olan Təbriz şəhərinə doğru yola düşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2017 09:14 Asia/Baku
  • Azərbaycandan media nümayəndələri Təbrizə səfər ediblər
    Azərbaycandan media nümayəndələri Təbrizə səfər ediblər

Azərbaycan Respublikasının media mənsublarından ibarət bir qrup bu gün səhər İranın şərqi Azərbaycan ostanının mərkəzi olan Təbriz şəhərinə doğru yola düşüb.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, səfərdə məqsəd 2018-ci il üçün müsəlman ölkələrin turizm paytaxtı seçilmiş min illiklər keçmişə malik olan Təbrizlə yaxıdan tanış olmaqdır. 

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin xalq diplomatiyası və media üzrə məsul şəxsi olan Məhəmmədrza Nəcəfi bu media qrupunun Təbriz bələdiyyəsinin dəvəti və İranın Bakıdakı səfirliyinin əməkdaşlığı ilə Təbrizə doğru yola düşdüyünü bildirərək deyib: Təbrizə göndərilən heyət Azərbaycan Respublikasının 14 mötəbər mediasının o cümlədən AzTv dövlət televiziyası, Azərtac və APA rəsmi xəbər agentliklərinin fəallarından ibarətdir. Səfər 2018-ci il Təbrizin müsəlman dünyasının turizm paytaxtı kimi seçilməsi ərəfəsində  bu şəhərin potensialları, onların Azərbaycan Respublikası medialarında bu ölkənin müsəlman xalqına təqdimi məqsədi ilə həyata keçir. 

Təbrizə göndərilən media heyətinin rəhbəri Tahir Aydınoğlu səfərin müsbət nəticələr verəcəyini proqnoz edərək, iki ölkə rəhbərlərinin iradəsi ilə yaxşı əlaqələrin mövcud olduğunu xatırladıb və deyib: Media mənsubları iranın Azərbaycan Respublikasında təqdimi sahəsində üzərlərinə ağır məsuliyyət düşür və ümid edirəm ki, bu səfər Təbriz şəhərinin potensiallarının media vasitəsi ilə Azərbaycan Respublikası xalqına təqdimində körpü rolunu oynayacaq. 

İranın müxtəlif bölgələrinə Azərbaycandan media heyətlərinin göndərilməsi bir neçə ildir davam edir və son heyət müqəddəs Məşhəd şəhərinə baxış keçirmişdi. 

Bu səfərlər İranın müxtəlif potensiallarının İranla çoxlu mədəni , dini və tarixi ortaqlıqlara malik olan Azərbaycan Respublikası xalqına təqdimi istiqamətində önəmli rola malikdir.