Ələt-Astara magistral yolunun bir hissəsi istifadəyə verildi
https://azeri.sahartv.ir/news/azərbaycan-i281312-Ələt_astara_magistral_yolunun_bir_hissəsi_istifadəyə_verildi
Bakı şəhərini İran sərhədinə birləşdirən Bakı-Ələt magistral yolunun bir hissəsi Azərbaycan prezidentinin ölkənin cənub rayonlarına səfəri zamanı istifadəyə verilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 03, 2017 05:41 Asia/Baku
  • Ələt-Astara magistral  yolunun bir hissəsi istifadəyə verildi

Bakı şəhərini İran sərhədinə birləşdirən Bakı-Ələt magistral yolunun bir hissəsi Azərbaycan prezidentinin ölkənin cənub rayonlarına səfəri zamanı istifadəyə verilib.

İRNA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin şənbə günü Cəlilabad, Masallı və Lənkəran rayonlarına olan səfəri zamanı əsaslı şəkildə yenidən qurulan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsinin açılışında iştirak edib.

Yolun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin tikintisi yüksək keyfiyyətlə həyata keçirilib. 1B texniki dərəcəli və dörd hərəkət zolağından ibarət yolun eni 26,5 metrdir. Layihə çərçivəsində yol üzərində 10 körpü tikilib,142 dairəvi və düzbucaqlı boru inşa olunub, mal-qara keçidləri quraşdırılıb. Bu, yolda avtomobillərin rahat hərəkətinin tam təmin edilməsinə şərait yaradır.

"Azəravtoyol" ASC-nin bildirdiyinə görə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu 2018-ci ildə tam şəkildə istifadəyə veriləcək.