Ermənistan NATO-nun Gürcüstan manevrində iştirakdan imtina edib
Ermənistan dünəndən «Agile Spirit 2017» adı altında Gürcüstanda başlanmış çoxmilliyyətli manevrdə iştirakdan imtina edib.
Azərbaycan Respublikasının xəbər mənbələri TASS-a istinadla bildiriblər ki, erməni hərbi qüvvələri və onların nümayəndələri bu manevrin açılış mərasimində iştirak etməyiblər.
Bu məlumatda deyilir: Gürcüstan müdafiə nazirliyinin ictimai əlaqələr və rabitə şöbəsinin müdiri Nino Telurdava təəccüblə deyib: Biz hələ Ermənistan müdafiə nazirliyinin komandanlığından bu barədə bir fikir əldə etməmişik.
Ermənistan müdafiə nazirliyinin mətbuat katibi də bu barədə izahat verməkdən çəkinibdir.
Virtual.az vebsaytı Ermənistanın NATO-nun son birneçəildəki manevrlərində fəal iştirakına toxunaraq, yazıb: Bu məsələ Rusiyanın nigarançılığına səbəb olub və Rusiya hakimiyyəti qəzəblə bu məsələyə baxaraq, Ermənistan prezidentinin bu cür siyasətini onun xarici siyasəti ilə uyuşmaz siyasət adlandırıbdır.
Bu xəbər mənbəyi sonra Ermənistanın NATO-nun son manevrlərindəki fəal iştirakının ardınca Rusiya və Ermənistan prezidentlərinin qəfil görüşünə işarə və qeyd edibdir ki, Vladimir Putin bu görüşdə Ermənistana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına əsasən, hərbi siyasətin təyin edilməsi ilə bağlı öhdəliklərinə əməl etməsini tövsiyə edibdir.
Əlavə edək ki, hərbi manevr dünən Gürcüstanın Urfolo hərbi bazasında mərasimin keçirilməsilə başlanıb. Bu manevrdə ABŞ, Gürcüstan, Ukrayna, Bolqarıstan, Rumınıya, Latviya və Azərbaycan Respublikasından olan 1500-dən yuxarı hərbçi iştirak edir. Manevr sentyabrın 11-dək davam edəcək.
Bu manevr Gürcüstanın müdafiə nazirliyinin təşkilatçılığı və ABŞ dəniz piyadaları komandanlığının həmkarlığı ilə səhra və qərargah etapları kimi iki mərhələdə keçiriləcək. Manevrdə hücum və müdafiə əməliyyatları icra olunacaq. Manevrin keçirilməsində məqsəd, NATO çərçivəsində müştərək əməliyyatın icrasına hazırlığı məşq etmək və Gürcüstanın Amerika və NATO ölkələrilə hərbi anlaşmasının yaxşılaşdırılması elan edilibdir.