NATO Azərbaycan ordusu hava qüvvələrinə təlim keçir
https://azeri.sahartv.ir/news/azərbaycan-i281491-nato_azərbaycan_ordusu_hava_qüvvələrinə_təlim_keçir
Bakıda Azərbaycan Respublikası Hərbi Hava Qoşunlarının zabitləri üçün NATO-nun təlimi başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 06, 2017 15:31 Asia/Baku
  • NATO Azərbaycan ordusu hava qüvvələrinə təlim keçir

Bakıda Azərbaycan Respublikası Hərbi Hava Qoşunlarının zabitləri üçün NATO-nun təlimi başlanıb.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, bu kursda müxtəlif hərbi və təhlükəsizlik məsələləri təlim olunur.

NATO-nun təlimləri 8 sentyabra qədər davam edəcək.

Azərbaycan Müdafiə Nazirliyi bildirib: Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin təlim dövrü Şimali Atlantik Alyansı zabitləri və məşqçilərinin iştirakı ilə ötən gündən başlanıb.

Məlumata görə, qeyd olunan təlim kursları Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə əməkdaşlıqlarının inkişafına əsasən həyata keçirilir.