Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi təlimləri başlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i282749-türkiyə_və_azərbaycan_hərbi_hava_qüvvələrinin_hərbi_təlimləri_başlanıb
Türkiyə və Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin birgə hərbi təlimləri başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 18, 2017 11:02 Asia/Baku
  • Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi təlimləri başlanıb

Türkiyə və Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin birgə hərbi təlimləri başlanıb.

İRİB-in Bakıdakı nümayəndəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, iki ölkənin hərbi əməkdaşlıqlarına əsasən TurAZ Qartalı-2017 hərbi hava təlimləri hərbi hava qüvvələrinin iştirakı ilə bu gündən Azərbaycanda başlanıb.

Sentyabrın 30-dək davam edəcək təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.