NATO-nun təlim heyəti Azərbayana səfər edib
Şimali Atlantik Alyansı NATO-nun təlim mütəxəssislərindən ibarət bir heyət Azərbaycan Respublikasına səfər edib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin internet portalının məlumatına görə, bu heyət NATO-nin Beynəlxalq Dil Koordinasiyası Mərkəzi Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə yaxından tanış olub.
Silahlı Qüvvələrin hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına dəstək üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına müvafiq olaraq, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Nazirliyi və NATO-nun Beynəlxalq Dil Koordinasiyası Mərkəzinin (BİLC) ekspertləri arasında işçi görüşləri keçirilir.
Nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi, tədris müəssisələrində xarici dil tədrisi ilə məşğul olan mütəxəssislərə NATO-nun müvafiq mərkəzlərində tətbiq edilən müasir tədris sistemi haqqında məlumat vermək, qarşılıqlı fikir mübadiləsi aparmaq, eləcə də gələcək əməkdaşlıq imkanlarını müzakirə etməkdən ibarətdir.