Sen 20, 2017 16:31 Asia/Baku
  • Bakı və Tehran
    Bakı və Tehran "Rəşt-Astara" dəmir yolu layihəsinin maliyyələşdirilməsini müzakirə edirlər

Azərbaycanın xarici işlər naziri deyib: Bakı və Tehran "Rəşt - Astara" dəmiryolu layihəsinin maliyyələşdirilməsi məsələsini müzakirə edirlər.

Trend-in məlumatına görə, Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının nazirlər şurasının Nyu-York iclasında deyib: Azərbaycan Avropa və Asiya arasında əlaqə körpüsü olduğu üçün mühüm regional və beynəlxalq layihələrdə o cümlədən Rəşt-Astara dəmir yolu layihəsində aktiv iştiraka malikdir. 

E.Məmmədyarov əlavə edib: Azərbaycan həmçinin, Şimali Avropa və Rusiyadan Fars Körfəzi və Hindistana kimi uzanan beynəlxalq şimal-cənub dəhlizinin təşəbbüskarlarından sayılır. 

Astara - Astara dəmir yolu və Astara çayı üzərinə dəmir yolu körpüsünün quraşdırılması əməliyyatları artıq başa çatıb. 

Teqlər