Bakıda "Mənim Ağam Hüseyn" klipinin təqdimatı olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i283173-bakıda_mənim_ağam_hüseyn_klipinin_təqdimatı_olub
Bakıda Əhl-Beyt(ə) məddahlarının birgə əsəri olan "Mənim Ağam Hüseyn" klipinin təqdimatı olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 22, 2017 13:24 Asia/Baku
  • Bakıda

Bakıda Əhl-Beyt(ə) məddahlarının birgə əsəri olan "Mənim Ağam Hüseyn" klipinin təqdimatı olub.

İRİB-nin verdiyi məlumata görə, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əsğər Farsi bu barədə deyib: Bu klip azərbaycanlı sənətkar Zaur İslamın rejissorluğu ilə hazırlanıb. Klip,  Aşura məktəbinin aşiqi olan 30 sənətkarın əməkdaşlığı ilə 7 sənətkar tərəfindən hazırlanıb. Klipin çəkilişi 4 ay çəkib.

O, daha sonra deyib: Bu klipdə Kərbəla qiyamının fəlsəfəsi öz əksini tapır. Həmçinin, klipdə Əhl-Beyt(ə) aşiqlərinin İmam Hüseynə(ə) olan sonsuz məhəbbəti 7 dəqiqə yarım müddətinə nümayiş etdirilir. Klip azərbaycan dilində hazırlanıb.

İran səfirliyinin mədəniyyət attaşesi həmçinin, Məhərrəm ayının ilk günündən etibarən "Həzrət Rüqəyyə Səlamullahu Əleyha" klipinin hazırlanmasına başlandığından xəbər verib və klipin Səfər ayının sonuna kimi hazır olacağına ümidvar olduğunu bildirib.