Azərbaycanda uşaq və yeniyetmələrin dini mərasimlərdə iştirakı qadağan edilə bilər
https://azeri.sahartv.ir/news/azərbaycan-i285650-azərbaycanda_uşaq_və_yeniyetmələrin_dini_mərasimlərdə_iştirakı_qadağan_edilə_bilər
Azərbaycanda Ailə, Qadın və Uşaq Məsələləri Komitəsi Milli Məclisdə uşaqlar və yeniyetmələrin dini mərasimlərdə iştirakını qadağan edən layihənin qəbul edilməsi ehtimalından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 24, 2017 06:19 Asia/Baku
  • Azərbaycanda uşaq və yeniyetmələrin dini mərasimlərdə iştirakı qadağan edilə bilər
    Azərbaycanda uşaq və yeniyetmələrin dini mərasimlərdə iştirakı qadağan edilə bilər

Azərbaycanda Ailə, Qadın və Uşaq Məsələləri Komitəsi Milli Məclisdə uşaqlar və yeniyetmələrin dini mərasimlərdə iştirakını qadağan edən layihənin qəbul edilməsi ehtimalından xəbər verib.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Azərbaycanın Ailə, Qadın və Uşaq Məsələləri Komitəsi bildirib ki, uşaqlar və yeniyetmələrin dini mərasimlərdə iştirakının qadağan edilməsi məqsədi ilə dini mərasimlərlə bağlı Milli Məclis tərəfindən yeni qadağalar tətbiq ediləcək. 

Bu məlumata görə, Azərbaycanın Ailə, Qadın və Uşaq Məsələləri Komitəsi tərəfindən hazırlanmış və ölkə prezidentinə təqdim edilmiş layihə gələn ay Milli Məclisdə səsverməyə çıxarılmalıdır. 

Bu qanun layihəsinin qəbul edilməsi ilə uşaqlar və yeniyetmələrin dini mərasimlərdə iştirakı qadağan ediləcək.