İran və Azərbaycan arasında ticarət mübadiləsinin həcmi artıb
-
İran və Azərbaycan arasında ticarət mübadiləsinin həcmi artıb
Azərbaycanın iqtisadiyyat naziri deyib: Azərbaycan və İran arasındakı ticarət əlaqələri cari ilin ilk 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% artıma malik olub.
İRNA-nın məlumatına görə, Şahin Mustafayev cümə axşamı İran və Azərbaycan Müştərək İqtisadi Əməkdaşlıq Komissiyasının Bakıda keçirilən iclasında deyib: 2016-cı ildə də iki ölkə arasındakı ticarət dövriyyəsi 2015-ci il ilə müqayisədə 70%-lik artımın şahidi olmuşdu.
Azərbaycanın iqtisadiyyat naziri hal hazırda Azərbaycanda 546 İran şirkətinin fəaliyyət göstərdiyini deyərək, iranlı mühəndislərin əməkdaşlığıi lə Bakıda dərman zavodunun quraşdırılmasından xəbər verib.
O, həmçinin deyib: Ötən 4 ildə İran və Azərbaycan arasında 40-dan çox əməkdaşlıq sənədi imzalanıb.
İran və Azərbaycan Müştərək İqtisadi Əməkdaşlıq Komissiyasının iclası cümə axşamı İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiyan və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə Bakıda işə başlayıb.