Kərbasiyan: Tehran və Bakı əlaqələri inkişaf halındadır
https://azeri.sahartv.ir/news/azərbaycan-i285767-kərbasiyan_tehran_və_bakı_əlaqələri_inkişaf_halındadır
İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Bakının 170 km cənubunda yerləşən Neftçala şəhərində quraşdırılmaqda olan İran-Azərbaycanın müştərək avtomobil zavodunun yaxın gələcəkdə istifadəyə veriləcəyini deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2017 18:00 Asia/Baku
  • Kərbasiyan: Tehran və Bakı əlaqələri inkişaf halındadır
    Kərbasiyan: Tehran və Bakı əlaqələri inkişaf halındadır

İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Bakının 170 km cənubunda yerləşən Neftçala şəhərində quraşdırılmaqda olan İran-Azərbaycanın müştərək avtomobil zavodunun yaxın gələcəkdə istifadəyə veriləcəyini deyib.

Məsud Kərbasiyan cümə axşamı Bakıda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə təşkil edilmiş İran-Azərbaycan Müştərək İqtisadiyyat Forumunda deyib: İki ölkə əlaqələri ötən 4 ildə gözəçarpacaq dərəcədə inkişaf edib.

İran - Azərbaycan Müştərək İqtisadiyyat Komissiyasının iranlı sədri həmçinin, İranın ölkə sərhədlərindən kənarda kənd təsərrüfatı xüsusilə əkinçilik sahəsində aktiv iştiraka malik oldğunu, Ukrayna, Qazaxıstan, Braziliya və bəzi Afrika ölkələrində kənd təsərrüfatı və əkinçilik üzrə uğurlu layihələr icra etdiyinə işarə edərək, deyib: İranın Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasında da oxşar layihələr həyata keçirə bilər.

Kərbasiyan İranın tibb və səhiyyə sahəsindəki təcrübələrini Azərbaycana ötürməyə hazır olduğunu deyərək, əlavə edib: Azərbaycandan çox saylı vətəndaşın müalicə məqsədi ilə İrana səfər etməsini nəzərə alaraq, Azərbaycanda bu kimi səhiyyə ocaqlarının  yaradılması ilə insanların bu xidmətlərdən daha asan faydalanmasına şərait  yaradılmış olar. 

İranın iqtisadiyyat və maliyyə naziri həmçinin, ümidvarlıq edib ki, Bakıda dərman zavodunun quraşdırılması üzrə İran və Azərbaycanın icra etməkdə olduğu birgə layihə də sürətlə gerçəkləşsin.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev də bu forumda İran və Azərbaycanın müxtəlif sahələrdəki əlaqələrinin iki ölkə başçılarının istəyi və iradəsi əsasında ən yüksək səviyyədə olduğunu bildirib və deyib: İran və Azərbaycan hazırda enerji, nəqliyyat, ticarət, birgə sərmayə qoyuluşu və kənd təsərrüfatı sahələrində yaxşı əməkdaşlığa malikdir. Biz əməkdaşlıq yolu ilə şimal-cənub dəmir yolu marşrutunu reallaşdırırıq və indiyə kimi bu sahədə böyük işlər görülüb. Rəşt-Astara dəmiryolu da əməkdaşlıq üçün müzakirə mövzularındandır.

İndiyə kimi İran və Azərbaycan prezidentləri arasında 9 görüş keçirilib. Bundan başqa iki ölkə arasında 11 müştərək iqtisadi əməkdaşlıq forumu təşkil edilib, 40-dan çox əməkdaşlıq sənədi imzalanıb.

Kərbasiyan bu gün günorta Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov ilə də görüşüb, danışıqlar aparıb.

Cənab Kərbasiyanı Bakıya səfərində 12 nəfərlik heyət müşayiət edir. Səfər çərçivəsində sabah da Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər həyata keçiriləcək.