Kərbasiyan: Astara-Astara dəmiryolu xətti tezliklə istifadəyə veriləcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i285768-kərbasiyan_astara_astara_dəmiryolu_xətti_tezliklə_istifadəyə_veriləcək
İranın iqtisadiyyat və maliyyə naziri vurğulayıb: İran İslam Respublikasının Şimali Avropaya giriş darvazası olan İran Astarası ilə Azərbaycan Respublikasının Astara şəhəri arasında dəmiryolu xətti tezliklə istifadəyə veriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 27, 2017 07:11 Asia/Baku
  • Kərbasiyan: Astara-Astara dəmiryolu xətti tezliklə istifadəyə veriləcək

İranın iqtisadiyyat və maliyyə naziri vurğulayıb: İran İslam Respublikasının Şimali Avropaya giriş darvazası olan İran Astarası ilə Azərbaycan Respublikasının Astara şəhəri arasında dəmiryolu xətti tezliklə istifadəyə veriləcək.

İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiyan dünən axşam Bakıda Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev ilə birgə mətbuat konfransında deyib: İran Astarası ilə Azərbaycan Respublikasının Astara şəhəri arasında dəmiryolu xətti layihəsinin 8500 kilometri Azərbaycan Respublikası ərazisində, 1500 kilometri isə İran ərazisində yerləşir.

Kərbasiyan əlavə edib: İki ölkə arasında dəmiryolu sahəsində yaxşı həmkarlıq mövcuddur və İranın Rəşt və Azərbaycan Respublikasının Astara şəhərləri arasında dəmiryolu xətti sahəsində də bəzi addımlar atılıbdır.

İranın iqtisadiyyat və maliyyə naziri bildirib ki, İran və Azərbaycan Respublikasının birgə iqtisadi komissiyasının dördüncü iclası da tezliklə Tehranda keçiriləcək. O, bildirib ki, iki ölkə arasında əməkdaşlıq sahələri artıbdır.

İran və Azərbaycan Respublikasının birgə iqtisadi komissiyasının azəri həmsədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev də bu birgə mətbuat konfransında deyib: Şimal-Cənub koridorunun birinci etapı başa çatıb, Azərbaycan Respublikası-İran dəmiryolu xətti, eləcə də Astara dəmiryolu körpüsü inşa edilib və dekabr ayında İrana doğru sınaq qatarı hərəkət edəcəkdir.

İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiyan yüksək səviyyəli bir heyətlə dünən Bakıya səfər edibdir.