İranın iqtisadiyyat və maliyyə naziri AR prezidentilə görüşüb
-
İranın iqtisadiyyat və maliyyə naziri AR prezidentilə görüşüb
İranın iqtisadiyyat və maliyyə naziri bu gün günorta çağı Bakıda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə görüşüb.
Kərbasiyan bu görüşdə İran prezidenti Həsən Ruhaninin noyabrın birində Tehranda keçiriləcək İran, Azərbaycan Respublikası və Rusiya prezidentlərinin üçtərəfli iclasında iştirak barədəki dəvət mesajını İlham Əliyevə təqdim edib.
Məsud Kərbasiyan dünən də İran və Azərbaycan Respublikasının birgə iqtisadi komissiyasının azəri həmsədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə keçirilən bu komissiyanın iclasında iştirak etmişdi.
İranın iqtisadiyyat və maliyyə naziri bu iclasda qeyd edib ki, iki ölkənin əlaqələri son dörd ildə nəzərəçarpacaq dərəcədə genişlənibdir.
Məsud Kərbasiyan dünən həmçinin Azərbaycan Respublikasının förqəladə hallar naziri Kəmaləddin Heydərov ilə görüşüb.
Məsud Kərbasiyan dünən yüksək səviyyəli iqtisadi bir heyətlə Bakıya səfər edib.