İran rəsmisinin AR-a səfəri başa çatıb
-
İran rəsmisinin AR-a səfəri başa çatıb
İranın iqtisadiyyat və maliyyə naziri Azərbaycan Respublikasına ikigünlük səfərinin sonuncu proqramında bu ölkənin prezidenti ilə görüşüb.
İki ölkənin öncəki razılaşmalarının inkişaf gedişi və iki ölkənin dəmir yollarının qovuşmasının vəziyyətinin araşdırılması, avtobus və kənd təsərrüfatı avadanlıqlarının birgə istehsalı zəmininin yaradılması, həmçinin əczaçılıq və avtomobilqayırma kimi birgə sənaye layihələri bu görüşdə nəzərdən keçirilmiş mövzulardan olubdur.
Cənab Kərbasiyan bu səfərin sonunda iki ölkə əlaqələrini göstərilmiş səylər sayəsində son dərəcə yaxşı dəyərləndirib. O, deyib: Bu səfərdə müxtəlif halların izlənilməsini yaxşı yerinə yetirdik və iki tərəfdə iş və həmkarlıq əhval-ruhiyyəsi yaxşı idi və elə bir hal olmayıbdır ki, biz onun həlli üçün bir yol tapmamış olaq.
O, bank, kənd təsərrüfatı, dəmiryolu, nəqliyyat, viza və gömrük işlərinin asanlaşdırılmasını başlıca hallardan adlandırıb və bildirib ki, bu səfərdə onların barəsində yaxşı nəticələr əldə olunubdur.
Kərbasiyan əlavə edib: Üçtərəfli həmkarlıqlar da nəzərdə tutduğumuz hallardan olubdur və ümid edirəm ki, İran, Azərbaycan Respublikası və Gürcüstan iqtisadi həmkarlıqları sahəsində də yaxın gələcəkdə yaxşı fəaliyyətlər aparacağıq.
Rəşt-Astara dəmiryolunun maliyyə təmini sahəsində həmkarlıq məsələsi bu səfərin başlıca bəhslərindən olubdur.
İranın dəmiryolu şirkəti sədrinin proqramlaşdırma, iqtisadiyyat və nəqliyyat məsələləri üzrə müavini Nurullah Beyranvənd bu haqda deyib: Bu səfərdə biz Rəşt-Astara dəmiryolu hissəsinin maliyyə təmini barədə söhbət etdik. Xoşbəxtlikdən, Azərbaycan Respublikası dövləti ilə yekun razılaşma əldə olundu və biz gələn ay Rəşt-Astara dəmiryolu hissəsini kombinə edilmiş nəqliyyat formasında istifadəyə verəcəyik və sonra Rəşt-Astara dəmiryolu hissəsinin icra əməliyyatına başlayacağıq.
O, əlavə edib: Qəzvin-Rəşt hissəsi də 95 faizlik icra irəliləyişinə malikdir ki, gələn ay təkmilləşəcəkdir və beləliklə ölkəmizin mühüm layihələrindən biri şimal-cənub dəhlizi vasitəsilə tranzitin artırılması üçün istifadəyə hazır olacaqdır.
Şimal-cənub dəhlizinin istifadəyə verilməsi və münasib gəlir mənbəyinin yradılması ilə dəmiryolu ilə İrandan Azərbaycan Respublikasına, Rusiyaya və Asiyanın şərq ölkələrinə əmtəə tranziti imkanı yaranacaq.