2017-ci il Qarabağ münaqişəsində gərginlik azalıb
-
2017-ci il Qarabağ münaqişəsində gərginlik azalıb
Rusiyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı nümayəndəsi deyib: 2017-ci il Qarabağ müzakirələrinin başlanması və bu ərazidə çaxnaşmalı durumun azalması baxımından önəmli il hesab olunur.
İRNA-nın verdiyi məlumata görə, Aleksandr Lukaşoviç dünən deyib: Azərbaycan və Ermənistan prezidentlərinin 16 dekabrda Cenevrədəki görüşü, bu münaqişənin həllinə ümidləri artırdı.
O deyib: Bu görüşdə iki tərəf Qarabağ münaqişəsinin həlli üçün müzakirələrin sürətləndirilməsi barədə razılığa gəldilər.
Bu rus diplomat deyib: Azərbaycan və Ermənistan XİN rəhbərlətinin yanvar ayında gözlənilən görüşlərini Moskva himayə edir.
Lukaşoviç Rusiyanın Qarabağ müzakirələrinə dəstək verdiyini bildirərək deyib: Moskva Qarabağ münaqişəsinin hər iki tərəfin razılaşdığı həll yolu əsasında həll edilməsi üçün Bakı və İrəvana kömək etməyə hazırdır.