Azərbaycan R-nın ictimai yerlərində siqaret qadağanı
https://azeri.sahartv.ir/news/azərbaycan-i292061-azərbaycan_r_nın_ictimai_yerlərində_siqaret_qadağanı
Azərbaycan Respublikasında ictimai yerlərdə siqaret çəkmək qanunla qadağan edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 12, 2018 09:37 Asia/Baku
  • Azərbaycan R-nın ictimai yerlərində siqaret qadağanı
    Azərbaycan R-nın ictimai yerlərində siqaret qadağanı

Azərbaycan Respublikasında ictimai yerlərdə siqaret çəkmək qanunla qadağan edilib.

2017-ci ilin sonunda Azərbaycan Respublikasının Milli Məclisi ictimai yerlərdə siqaret və qəlyan istehlakını qadağan edən qanun layihəsini təsdiqlədi və onlardan yalnız müəyyən yerlərdə istifadə etmək mümkündür.

Azərbaycan Respublikası Milli Məclisinin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bu qanunun qəbul edilməsinin vacibliyini vurğulayıb. O, deyib: Araşdırmalara əsasən, son illər ölkəmizdə tütün məmulatları, xüsusən siqaret və qəlyan çəkənlərin sayı artıbdır. Tütün məmulatlarının istehlakından irəli gələn xəstəliklərə görə, bu məsələ qanun layihəsinin qəbul edilməsi və tətbiq olunmasını tələb edirdi.

O, əlavə edib: Bu qanunun tətbiq olunmasının əsas məqsədi, gənc nəslin tütün məmulatlarının istehlak olunmadığı bir mühitdə böyüməsi üçün münasib şəraitin yaradılması və siqaret çəkməyən şəxslərin hüquqlarının müdafiə edilməsidir.