AMEA-da 3 mindən çox farsca əlyazma saxlanılır
https://azeri.sahartv.ir/news/azərbaycan-i294367-amea_da_3_mindən_çox_farsca_əlyazma_saxlanılır
Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasında 3 mindən çox farsca əlyazma saxlanılır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 02, 2018 17:09 Asia/Baku
  • AMEA-da 3 mindən çox farsca əlyazma saxlanılır

Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasında 3 mindən çox farsca əlyazma saxlanılır.

İRİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasında ərəbcə, türkcə, farsca və başqa dillərdə saxlanılan 12 min əlyazmanın üç mindən çoxu farscadır. Bunlar müxtəlif tarixi dövrlərə aid çeşidli mövzulardadır.

Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu direktorunun elmi məsələlər üzrə müavini Paşa Kərimov bu institutda fars dilində əlyazmaların araşdırılması üçün xüsusi şöbənin fəaliyyət göstərdiyini bildirərək deyib: Əlyazmalar üzərində elmi araşdırma və bərpa fəaliyyətlərindən əlavə, indiyə qədər fars dilində üç cild əlyazma hazırlanmış və çapa verilmişdir.

İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Əsğər Farsi də bu haqda deyib: Milli Sənədlər və Kitabxana Təşkilatı ilə Azərbaycan Respublikasının əlaqədar qurumları arasında yeni əməkdaşlıq razılaşması tənzimlənmişdir. Tezliklə bu anlaşma imzalanacaq. Ona əsasən farsca əlyazmalar haqda daha ətraflı və geniş fəaliyyətlər aparılacaq.