Azərbaycanda Əhli-Beyt (ə) şairi Seyid Rəhim Baxşıyev vəfat edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i294479-azərbaycanda_Əhli_beyt_(ə)_şairi_seyid_rəhim_baxşıyev_vəfat_edib
Azərbaycan Respublikasında Əhli-Beyt (ə) şairi Seyid Rəhim Baxşıyev Allahın rəhmətinə qovuşub.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Fev 03, 2018 16:47 Asia/Baku
  • Azərbaycanda Əhli-Beyt (ə) şairi Seyid Rəhim Baxşıyev vəfat edib
    Azərbaycanda Əhli-Beyt (ə) şairi Seyid Rəhim Baxşıyev vəfat edib

Azərbaycan Respublikasında Əhli-Beyt (ə) şairi Seyid Rəhim Baxşıyev Allahın rəhmətinə qovuşub.

İRİB-in Bakıdakı nümayəndəliyinin İslamınsəsi saytına istinadla verdiyi məlumata görə, İmam Hüseyn (ə) məktəbi aşiqi olan şair Yasamal rayonunda torpağa tapşırılıb.

Mərhum Seyid Rəhim Baxşıyev Əhli-Beyt (ə) haqda dəyərli şerlər söyləmiş və ondan Əhli-Beytin (ə) mədhində çoxlu şerlər yadigar qalmışdır.

Qəzəllərdə də xüsusi məharəti olan Əhli-Beyt (ə) şairi ötən il İsfahanda Hüseyn (ə) Pir-Qulamları 11-ci Beynəlxalq iclasında xarici qonaq kimi iştirak etmiş və azərbaycanlı Hüseyn (ə) pir-qulamı olaraq alqışlanmışdır.

Mərhum Seyid Rəhim Baxşıyev xərçəng xəstəliyindən əziyyət çəkirdi və bu gün 58 yaşında fani dünya ilə vidalaşıb.

İran İslam Resublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşeliyi Əhli-Beyt (ə) şairinin vəfatı ilə əlaqədar Əhli-Beyt (ə) məktəbinin aşiqlərinə başsağlığı verib.