Astara-Astara dəmir yolunun təkmilləşdirilməsi ilə qeyri-neft məhsullarının ixracatı artacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i294815-astara_astara_dəmir_yolunun_təkmilləşdirilməsi_ilə_qeyri_neft_məhsullarının_ixracatı_artacaq
Yaponiyanın Azərbaycandakı səfirliyinin iqtisadiyyat attaşesi Astara-Astara dəmir yolunun təkmilləşməsi ilə region ölkələri arasında qeyri-neft məhsullarının ixracat həcminin artacağını deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 07, 2018 06:51 Asia/Baku
  • Yapon diplomat Astara-Astara dəmir yoluna baxış keçirib
    Yapon diplomat Astara-Astara dəmir yoluna baxış keçirib

Yaponiyanın Azərbaycandakı səfirliyinin iqtisadiyyat attaşesi Astara-Astara dəmir yolunun təkmilləşməsi ilə region ölkələri arasında qeyri-neft məhsullarının ixracat həcminin artacağını deyib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Tuşi Hiro Katagiri çərşənbə axşamı Astara-Astara dəmir yoluna baxış keçirdiyi zaman jurnalistlər qarşısında deyib: Bu dəmir yolunun təkmilləşdirilməsi ilə İrandan Azərbaycana və Rusiyaya daha çox məhsulun daşınmasına şərait yaranacaq.

Tuşi Hiro Katagiri həmçinin deyib: Yaponiya şirkətləri və yapon iş adamları beynəlxalq əhəmiyyətli Astara-Astara dəmir yolunun önəmini nəzərə alaraq, bu nəqliyyat marşrutundan istifadəyə böyük maraq göstərir və region ölkələri ilə öz ticarət əlaqələrini genişləndirməyə çalışırlar.

Astara-Astara dəmir  yolunun istifadəyə verilməsi habelə, Rəşt-Astara dəmir yolunun təkmilləşdirilməsi ilə İran Azərbaycan Respublikası yolu ilə Avropaya çıxış əldə etmiş olacaq. Eyni zamanda, Azərbaycan da İranın dəmir yolları ilə Fars körfəzinə birbaşa çıxış imkanına yiyələnəcək.