“Radioquraşdırma” zavodunda baş vermiş yanğının səbəbi bəlli deyil
https://azeri.sahartv.ir/news/azərbaycan-i294827-radioquraşdırma_zavodunda_baş_vermiş_yanğının_səbəbi_bəlli_deyil
Müdafiə Sənayesi Nazirliyi “Radioquraşdırma” zavodunda yanğınla bağlı məlumat yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 07, 2018 10:20 Asia/Baku
  • “Radioquraşdırma” zavodunda baş vermiş yanğının səbəbi bəlli deyil

Müdafiə Sənayesi Nazirliyi “Radioquraşdırma” zavodunda yanğınla bağlı məlumat yayıb.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi  “Radioquraşdırma” zavodunda yanğınla bağlı məlumat yayıb. APA-nın xəbərinə görə, nazirliyin saytında dərc olunan məlumata əsasən, dümən saat 19:17 radələrində “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Hadisə zamanı xəsarət alan olmayıb.