Azərbaycan prezidenti təyyarə qəzası ilə bağlı İran prezidentinə başsağlığı verib
https://azeri.sahartv.ir/news/azərbaycan-i296079-azərbaycan_prezidenti_təyyarə_qəzası_ilə_bağlı_İran_prezidentinə_başsağlığı_verib
Azərbaycan prezidenti İlham Əliyev bu gün İranda baş verən təyyarə qəzası ilə bağlı iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 18, 2018 20:36 Asia/Baku
  • İlham Əliyev - Azərbaycan prezidenti
    İlham Əliyev - Azərbaycan prezidenti

Azərbaycan prezidenti İlham Əliyev bu gün İranda baş verən təyyarə qəzası ilə bağlı iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı verib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev İranda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərindən olduqca kədərləndiyini bildirib.

İlham Əliyev baş vermiş bu faciə ilə əlaqədar İran prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib. 

Qeyd edək ki, bu gün İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan "Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Yerli vaxtla səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü olub. Qəza nəticəsində sağ qalan olmayıb.