Azərbaycanda Həzrət-Fatimənin (s.ə) şəhadəti günündə əzadarlıq
https://azeri.sahartv.ir/news/azərbaycan-i296267-azərbaycanda_həzrət_fatimənin_(s.ə)_şəhadəti_günündə_əzadarlıq
Azərbaycan Respublikasında Əhli-Beyt (ə) aşiqləri ötən gecədən məscidlərdə Həzrət Fatimə-Zəhranın (s.ə) şəhadəti qəmində əzadarlıq edərək paklıq aynası və ismət simvoluna sevginin gözəl cilvələrini əks etdiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2018 09:28 Asia/Baku
  • Azərbaycanda Həzrət-Fatimənin (s.ə) şəhadəti günündə əzadarlıq

Azərbaycan Respublikasında Əhli-Beyt (ə) aşiqləri ötən gecədən məscidlərdə Həzrət Fatimə-Zəhranın (s.ə) şəhadəti qəmində əzadarlıq edərək paklıq aynası və ismət simvoluna sevginin gözəl cilvələrini əks etdiriblər.

İRİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, bu münasibətlə Əhli-Beyt (ə) aşiqləri məscidlər və hüseyniyyələrdə əzadarlıq dəstələri təşkil edərək peyğəmbərin qızı, imamətin anası və əmirəlmömininin həyat yoldaşına öz sevgilərini bəyan edirlər.

Bu mərasimlərdə natiqlər də Quran-Kərim ayələri və nəbəvi hədislərinə istinadla Həzrət Fatimə-Zəhranın əxlaqi fəzilərilərini bəyan edir və behişt qadınlarının sərvəri Həzrət Fatimə-Zəhranın (s.ə) yolunu vurğulayırlar.

Bakı və Azərbaycanın rayonlarında məscidlərdə bu mərasimlərdə yeniyetmələr və gənclərin iştirakı ötən illərlə müqayisədə diqqəti cəlb edəcək dərəcədə artmışdır.