İran-Azərbaycan sərhədində bir Suriya vətəndaşının həbs edildiyi iddia olunur
Mart 08, 2018 12:11 Asia/Baku
-
İran-Azərbaycan sərhədində bir Suriya vətəndaşının həbs edildiyi iddia olunur
Azərbaycan Respublikasının sərhəd qoşunları bu ölkənin İranla sərhədində bir Suriya vətəndaşının həbs edildiyini iddia edib.
Azərbaycan Respublikasının sərhəd qoşunları bildirir ki, Astara-Ərçivan magistral yolunda, yanacaqdoldurma məntəqəsinin yaxınlığında qanunsuz olaraq sərhədi keçmiş bir şəxs həbs olunub və məlum olub ki, o, Suriya vətəndaşıdır, adı da Əbdüssəlam oğlu Tahir Əli-dir. Deyilənlərə görə, bu şəxsin üzərində özünə aid iki Suriya pasportu, Azərbaycan Respublikası, Rusiya və Belarusun xəritələri, bir cild dini kitab, 578 ABŞ dolları, 1300 avro və 170 min İran rialı aşkar edilib. Bu barədə cinayət işi açılıb və həmin şəxs barəsində daha artıq təhqiqat işləri aparılır.