Bakıda “Dəniz Kuboku - 2018” beynəlxalq müsabiqəsinin planlaşdırılması üzrə işçi görüşü keçirilib
Apr 20, 2018 07:27 Asia/Baku
-
Bakıda “Dəniz Kuboku - 2018” beynəlxalq müsabiqəsinin planlaşdırılması üzrə işçi görüşü keçirilib
İranın iştirakı ilə Bakıda “Dəniz Kuboku - 2018” beynəlxalq müsabiqəsinin planlaşdırılması üzrə işçi görüşü keçirilib.
Aprelin 19-da Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku - 2018” müsabiqəsinin planlaşdırılması üzrə işçi görüşü keçirilib.
Azərbaycan, Rusiya, Qazaxıstan və İran nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə hazırlıqla bağlı planlaşdırılan məsələlər, görüləcək işlər müzakirə edilib və yarışların keçirilməsi üçün hazırlanan infrastruktura baxış keçirilib.