Rusiya və NATO hərbi rəsmiləri Bakıda görüşüblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i303172-rusiya_və_nato_hərbi_rəsmiləri_bakıda_görüşüblər
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı dünən Bakıda tərəfləri maraqlandıran məsələlər barədə danışıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 20, 2018 09:01 Asia/Baku
  • Rusiya və NATO hərbi rəsmiləri Bakıda görüşüblər
    Rusiya və NATO hərbi rəsmiləri Bakıda görüşüblər

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı dünən Bakıda tərəfləri maraqlandıran məsələlər barədə danışıblar.

Valeri Gerasimov və Kertis Skaparotti bu görüşdə Rusiya və NATO-nun Avropadakı fəaliyyətləri, iki tərəf arasında etimadın artırılması, həmçinin hər cür hadisənin baş verməsinin qarşısının alınması məsələlərini araşdırıblar.

İki tərəf həmçinin Suriyanın cari durumu ətrafında fikir mübadiləsi aparıb və beynəlxalq terrorizmə qarşı birgə mübarizənin vacibliyini vurğulayıbdır.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı öz Bakı səfərlərində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə də ayrı-ayrılıqda görüşlər keçiriblər.

Bakı son iki ildə üçüncü dəfədir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanının görüşünə ev sahibliyi edir.