Bakıda fars dilil olimpiadası keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i303514-bakıda_fars_dilil_olimpiadası_keçirilib
İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşeleyinin təşəbbüsü ilə dünən Bakı Dövlət Universitetində 6-cı fars dili olimpiadası keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2018 04:39 Asia/Baku
  • Bakıda fars dilil olimpiadası keçirilib
    Bakıda fars dilil olimpiadası keçirilib

İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşeleyinin təşəbbüsü ilə dünən Bakı Dövlət Universitetində 6-cı fars dili olimpiadası keçirilib.

İRNA-nın verdiyi məlumata görə, İran İslam Respublikasının Bakıdakı səfirliyinin attaşeliyi bu olimpiadanın açılışında deyib: Bu rəqabətlərdə Bakı Dövlət Universitetinin tələbələri, Şəhriyar Mədəniyyət Evi və digər təhsil mərkəzlərində ibtidayi, orta və ali məktəb səviyyələrində təhsil alanlardan ibarət 150 nəfər iştirak edir. 

Əsğər Farsi deyib: Hər üç sahədə qalib gələnlərə xüsusi mükafatlar nəzrədə tutulub və bu mükafatlara məharətin artırılması üçün İranda kurslarda iştirak da daxildir. 

İranın Bakıdakı səfirliyinin mədəniyyət attaşesi deyib: Azərbaycan Respublikasında müxtəlif pillələrdə fars dili üzrə təhsil alanaların sayı 500 nəfərə çatır və İran İlə Azərbaycan Arasında turistik səfərlərin gün-gündən artmasını nəzərə alaraq bu sahədə peşəyə yiyələnmək istəyənlərin fars dilini öyrənməyə ehtiyacları artıb.