Azərbaycan və Avropa siyasətçiləri arasında rüşvət qalmaqalı
https://azeri.sahartv.ir/news/azərbaycan-i303798-azərbaycan_və_avropa_siyasətçiləri_arasında_rüşvət_qalmaqalı
Bir müstəqil komitənin araşdırmaları Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasının bəzi üzvlərinə rüşvət verdiyini təsdiqləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 23, 2018 15:32 Asia/Baku
  • Azərbaycan və Avropa siyasətçiləri arasında rüşvət qalmaqalı
    Azərbaycan və Avropa siyasətçiləri arasında rüşvət qalmaqalı

Bir müstəqil komitənin araşdırmaları Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasının bəzi üzvlərinə rüşvət verdiyini təsdiqləyib.

Mehr İnformasiya Agentliyinin Döyçe Voleyə istinadla verdiyi məlumata görə, müstəqil komissiya Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasının bəzi üzvlərinə rüşvət ödəməsi ilə bağlı üç hakimin araşdırdığı işin nəticələrini yayımlayıb.

Bu araşdırmanın nəticələrinə görə, Azərbaycan Respublikası Avropa Şurası Parlament Assambleyasının bəzi üzvlərinə rüşvət verib.

Bu şuranın vəzifələrindən biri Avropa insan haqları sazişinə nəzarət etməkdir. Avropa İnsan Haqları Məhkəməsinin hakimləri insan haqları məruzəçilərini seçirlər və üzv ölkələr onların hesabatlarına cavab verməlidirlər.

Avropa Şurası Parlament Assambleyasında Avropa ölkələrindən əlavə, Türkiyə və Azərbaycan Respublikası da üzvdür.