Azərbaycanda 9 sabiq təhlükəsizlik əməkdaşına həbs kökmü verilib
Bakı Hərbi Məhkəməsi Azərbaycan Respublikasının buraxılmış Milli Təhlükəsilzik Nazirliyinin yüksək səviyyəli rəsmilərinin işinə baxılması prossesində 9 nəfərə həbs hökmü verib.
APA-nın verdiyi məlumata görə, Bakının Hərbi Məhkəməsi dünən Səbahir Qurbanov, Füzuli Əliyev eləcə də digər 7 yüksək səviyyəli keçmiş təhlükəsizlik əməkdaşını 3-14 il azadlıqdan məhrum edib.
Bu məlumata görə, Azərbaycan Respublikasının buraxılmış Milli Təhlükəsizlik Nazirliyinin yüksək səviyyəli rəsmilərinin məhkəmə prossesi davam edir.
Azərbaycan Respublikasının keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun 2015-ci il oktyabrda bu vəzifədən kənarlaşması və bu nazirliyin prezident İlham Əliyev tərəfindən buraxılmasından sonra nazirliyin 20-dən çox yüksək səviyyəli rəsmisi vəzifəsindən suistifadə, saxtakarlıq, korrupsiya, rüşvətalma ittihamları ilə həbs ediliblər.
İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyini buraxdıqdan sonra Dövlət Təhlükəsizlik Xidmətini təsis etdi.