Azərbaycan Ermənistanla müzakirəyə hazır olduğunu bildirdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i304100-azərbaycan_ermənistanla_müzakirəyə_hazır_olduğunu_bildirdi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Bakı Dağlıq Qarabağ münaqişəsi haqda Ermənistanın sülhsevər siyasi qrupları ilə müzakirəni davam etdirməyə hazırdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 25, 2018 06:32 Asia/Baku
  • Azərbaycan Ermənistanla müzakirəyə hazır olduğunu bildirdi
    Azərbaycan Ermənistanla müzakirəyə hazır olduğunu bildirdi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Bakı Dağlıq Qarabağ münaqişəsi haqda Ermənistanın sülhsevər siyasi qrupları ilə müzakirəni davam etdirməyə hazırdır.

AzərTAc İnformasiya Agentliyinin məlumatına görə, Hikmət Hacıyev çərşənbə axşamı günü Ermənistan baş naziri Serj Sarkisyanın iqtidardan kənarlaşmasına toxunaraq əlavə edib: Sarkisyanın siyasətlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirələrində heç bir irəliləyiş əldə olunmadı. 

O xatırladıb: Qarabağ münaqişəsinin dinc və sürətli həlli regional hərtərəfli əməkdaşlıqlar, sülh və stabilliyi təmin edəcək. 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: Azərbaycanın Qarabağda təmas xəttində qüvvə və hərbi təchizat yerləşdirməsinə dair Ermənistanın bəzi rəsmilərinin iddiası həqiqəti əks etdirmir. 

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycan Respublikasına qarşı ərazi iddiasından sonra başlanıb.