Azərbaycan Respublikası hərbi təchizatlar ixrac edir
-
Azərbaycan Respublikası hərbi təchizatlar ixrac edir
Azərbaycan Respublikasının müdafiə nazirliyi bu ölkənin on ölkəyə hərbi təchizatlar ixrac etməsindən xəbər verib.
Azərbaycan Respublikasının müdafiə nazirliyi dünən bu ölkənin müdafiə sənayesi obyektlərində 1200 növ hərbi təchizatın istehsal olunmasından xəbər verib və bildirib ki, bu hərbi təchizatların bir hissəsi dünyanın on ölkəsinə ixrac olunur.
Bu məlumata görə, hərbi təchizatlar Azərbaycan Respublikasının müdafiə sənayesi obyektlərində istehsal olunmuş sursatlar, modern silahlar, uçan pilotsuz aparatlar və zirehli texnikaya şamil olur.
Bu məlumatda ixracatın miqdarına və ölkələrin adlarına toxunulmadan deyilir: Cari ilin birinci rübündə Azərbaycan Respublikasının müdafiə sənayesi obyektlərində istehsal olunmuş hərbi təchizatların ixracat həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə ikiqat artıbdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının özü digər ölkələrdən hərbi silah və sursat idxal edən ölkələrdən biridir.