Bakıda Azərbaycan R., Türkiyə və Ukrayna xarici işlər nazirləri müavinlərinin iclası keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i305884-bakıda_azərbaycan_r._türkiyə_və_ukrayna_xarici_işlər_nazirləri_müavinlərinin_iclası_keçirilib
Azərbaycan Respublikası, Türkiyə və Ukrayna xarici işlər nazirlərinin müavinləri üçtərəfli əlaqələri yüksəltmək məqsədilə dünən Bakıda bir araya gəliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 05, 2018 03:21 Asia/Baku
  • Bakıda Azərbaycan R., Türkiyə və Ukrayna xarici işlər nazirləri müavinlərinin iclası keçirilib
    Bakıda Azərbaycan R., Türkiyə və Ukrayna xarici işlər nazirləri müavinlərinin iclası keçirilib

Azərbaycan Respublikası, Türkiyə və Ukrayna xarici işlər nazirlərinin müavinləri üçtərəfli əlaqələri yüksəltmək məqsədilə dünən Bakıda bir araya gəliblər.

Bu görüşdə, Azərbaycan Respublikası, Türkiyə və Ukrayna xarici işlər nazirlərinin müavinləri  Xələf Xələfov, Umit Yardım və Vasili Bodnar üç ölkə əlaqələrinin hazırkı durumu və gələcək perspektivlərini araşdırıblar.

Azərbaycan Respublikası, Türkiyə və Ukrayna xarici işlər nazirlərinin müavinləri bu görüşdə habelə bəzi regional və beynəlxalq məsələlər, eləcə də beynəlxalq orqanlar formasında əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıblar. Onlar nəqliyyat, energetika, ticarət və terrorizmlə mübarizə sahələrində əməkdaşlıq imkanlarını da nəzərdən keçiriblər.