Bakı İranın nüvə sənədlərinin Azərbaycan Respublikası ərazisindən ötürülməsi iddiasını təkzib edib
-
Bakı İranın nüvə sənədlərinin Azərbaycan Respublikası ərazisindən ötürülməsi iddiasını təkzib edib
Azərbaycan Respublikası xarici işlər nazirliyinin sözçüsü Hikmət Hacıyev dünən gecə regiondakı bəzi mediaların İranın nüvə sənədlərinin Azərbaycan Respublikası ərazisindən ötürülməsi iddiasını təkzib edib.
Küveytdə çıxan "Əlcəridə" qəzeti son zamanlar iddia etmişdi ki, sionist rejimin casusluq xidməti İranın nüvə proqramı sənədlərini sərhəd keçidlərindən kənar yollarla Azərbaycan Respublikasına gətirib, sonra da hava yolu ilə işğal olunmuş Fələstinə ötrübdür.
Sionist rejimin baş naziri Benyamin Netanyahu bazar ertəsi günü gecə iddia etdi ki, İranın gizli nüvə fəaliyyətlərinə malik oldğunu göstərəcək.
Netanyahu bir təbliğat nümayişində televiziya kameralarına bir neçə kağız, fotoşəkil və disk göstərdi və iddia etdi ki, İran nüvə silahı istehsalı üzrə gizli proqrama malikdir.
Netanyahunun bu gülünc təbliğat şousu elə bir halda icra olunubdur ki, MAQATE indiyədək dəfələrlə İranın nüvə fəaliyyətlərinin dincməqsədli olduğunu vurğulayıbdır.