İyun 13, 2018 11:46 Asia/Baku
  • Türkiyədə TANAP-ın açılışı olub
    Türkiyədə TANAP-ın açılışı olub

Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi keçirilib.

İyunun 12-də Türkiyənin Eskişehir şəhərində Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsinin açılış mərasimi olub.

Mərasimə Türkiyə prezidenti Recep Tayyip Erdoğan, Azərbaycanın dövlət başçısı İlham Əliyev və daha bir sıra dövlət və hökumət rəsmiləri qatılıb.

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyyev çıxış edib. O deyib ki, bu layihənin arxasında güclü siyasi iradə dayanır. O vurğulayıb ki, “Türkiyə- Azərbaycan qardaşlığı olmasaydı, TANAP layihəsi kağız üzərində qalardı”.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan isə çıxışında deyib ki, TANAP-ın açılışı ilə bölgə və ölkələrdən ötrü tarixi addım atılır. Onun fikrincə, bu həm siyasi, həm də iqtisadi güc layihəsidir.

İlham Əliyev açılış mərasimindən əvvəl BP şirkətinin baş icraçı direktoru Robert Dudley ilə görüşüb.

TANAP Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin bir hissəsidir.

Cənub Qaz Dəhlizinin ümumi dəyəri 40 mlrd. avro qiymətləndirilir.

TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur. Onun Türkiyə-Yunanıstan sərhədində başa çatması və sonra təbii qazın Avropaya çatdırılmasından ötrü TAP-a (Trans-Adriatik Qaz Kəməri) birləşməsi planlaşdırılır.

Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz boru vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya çatdırılacaq. Kəmərin uzunluğu 3 min 500 kilometrdir.

Layihə 2020-ci ildə tam işə düşməlidir. Bu il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinə ilk qazın vurulması mərasimi keçirilmişdi.

Teqlər