Bakıda klassik avtomobillərin paradı keçirilib
Avq 27, 2018 09:11 Asia/Baku
-
Bakıda klassik avtomobillərin paradı keçirilib
Bakı küçələrində 150-dən çox klassik avtomobilin paradı keçirilib.
Bu qədim markalı avtomobillərin istehsal tarixi 1980-cı ilə qədərdir.
Həmin paradda əhalinin şəxsi klassik avtomobilləri, həmçinin Bakının Heydər Əliyev Mərkəzində sərgilənmiş klassik avtomobillər iştirak ediblər.
Təqribən hər il keçirilən bu parad klassik avtomobillərə maraq göstərənlərin rəğbəti ilə üzləşir.