Bakıda sülh və dostluq sərgisi keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i321087-bakıda_sülh_və_dostluq_sərgisi_keçirilib
İranın təşəbbüskarlığı ilə Azərbaycan Respublikasından 100-dən çox rəssam sənətkarın iştirakı ilə Bakıda "rəssamların düşüncəsində sülh və dostluq təcəssümü" adı altında sərgi keçirilib
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2018 08:51 Asia/Baku
  • Bakıda sülh və dostluq sərgisi keçirilib
    Bakıda sülh və dostluq sərgisi keçirilib

İranın təşəbbüskarlığı ilə Azərbaycan Respublikasından 100-dən çox rəssam sənətkarın iştirakı ilə Bakıda "rəssamların düşüncəsində sülh və dostluq təcəssümü" adı altında sərgi keçirilib

Sərgidə Azərbaycan Respublikası rəssamlarından 150 sənət əsəri nümayiş etdirilib. Əsərlər Orta şərqdə sülh və dostluğun əhəmiyyəti, İran İslam Respublikası və Azərbaycan Respublikası arasında əlaqələr mövzularını əhatə edir. Sərgi İranın Bakıdakı mədəniyyət ataşşeliyi və Azərbaycan rəssamlar ittifaqının birgə təşəbbüsü ilə Bakıda Şəhriyar Mədəniyyət Edində təşkil olunub. 

Sərgiyə turizm cazibədarlıqları, dini məkanlar və namaz və hicab kimi mənəvi cəhətlər də xüsusi gözəllik bəxş etmişdir. İran və Azərbaycanın əl işləri məhsulları da sərginin bir hissəsində baxış keçirənlərin ixtiyarına verilib. 

Regionda sülh və dostluğun və humanizm düşüncəsinin gücləndirilməsi, İran və Azərbaycan dostluğunun möhkəmləndirilməsi sərginin keçirilməsinin məqsədləri sırasında durur. Azərbaycan Respublikasının sənət və mədəniyyət xadimlərinin iştirakı ilə keçirilən açılış mərasimində sənətkarlar deyiblər: Bu sərgidə sənət əsərləri vasitəsi ilə insanlığın səsi, sülh çağırışını sənət çərçivəsində dünyaya çatdırmaq istədik. 

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin sözçüsü Məhəmmədrza Nəcəfi də bu mərasimdə Orta şərq regionunda xüsusiylə də Yəmən,Suriya, İraq və digər müsəlman ölkələrdəki son durumu şərh edərək deyib: Bəzi şeytan sifət güclərin fəaliyyəti regionda vəziyyəti qarışdırır və sənətkarlar bu ölkələrin xalqlarının məzlumluq səsini dünyaya çatdırmaq və müsəlmanlar arasında vəhdətin və sülh və dostluğun gücləndirilməsinə önəmli rola malikdirlər.