Azərbaycan prezidenti ölkəsi ilə Türkiyə arasında layihələrin icrasını vurğulayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i321094-azərbaycan_prezidenti_ölkəsi_ilə_türkiyə_arasında_layihələrin_icrasını_vurğulayıb
Azərbaycan Respublikası prezidenti İlham Əliyev Bakıda Türkiyə parlamentinin sədri Binalı Yıldırım ilə görüşündə iki ölkə arasında regional layihələrin icrasının əhəmiyyətini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2018 13:09 Asia/Baku
  • Azərbaycan prezidenti ölkəsi ilə Türkiyə arasında layihələrin icrasını vurğulayıb
    Azərbaycan prezidenti ölkəsi ilə Türkiyə arasında layihələrin icrasını vurğulayıb

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Bakıda Türkiyə parlamentinin sədri Binalı Yıldırım ilə görüşündə iki ölkə arasında regional layihələrin icrasının əhəmiyyətini vurğulayıb.

Azərtacın verdiyi məlumata görə, bu görüşdə İlham Əliyev iki ölkə arasındakı münasibətlərin davamlı inkişafına toxunaraq Bakı-Tiflis-Cayhan neft kəməri, TANAP qaz kəməri və Baki-Tiflis-Qars dəmir yolu xətti kimi iki ölkə arasındakı regional layihələrin icrasının əhəmiyyətini vurğulayıb. 

Azərbaycan Respublikası prezidenti Binəli Yıldırımın Türkiyə parlamentinə sədrliyi müddətində iki ölkə parlamentləri arasındakı əlaqələrin inkişaf edəcəyindən əminlik ifadə edib. 

Bu görüşdə Binalı Yıldırım da iki ölkə arasındakı əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.