Bakıda Qədiri-Xum şənliyi
https://azeri.sahartv.ir/news/azərbaycan-i321164-bakıda_qədiri_xum_şənliyi
Bakıda Əhli-Beyt(ə) vurğunları səadətli Qədiri-Xum bayramı ilə bir zamanda iranlıların Əhli-Beyt(ə) hüseyniyyəsinə toplaşaraq, dinin və bütün ilahi nemətlərin mükəmməlləşməsini şənlik ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2018 08:21 Asia/Baku
  • Bakıda Qədiri-Xum şənliyi

Bakıda Əhli-Beyt(ə) vurğunları səadətli Qədiri-Xum bayramı ilə bir zamanda iranlıların Əhli-Beyt(ə) hüseyniyyəsinə toplaşaraq, dinin və bütün ilahi nemətlərin mükəmməlləşməsini şənlik ediblər.

Bakının müxtəlif məntəqələrindən gəlmiş Xeybər fatehi, möminlər ağası Həzrət Əli(ə)-ın vurğunları bu mərasimdə iştirak ediblər. Onlar Qədir-i bəşəriyyətin fəxri günü və İslam Ümmətinin birlik mehvəri kimi yad edərək, şənlik keçirib, şirniyyat paylayaraq, öz mövlaları- Həzrət Əli(ə)-a olan səmimi məhəbbətlərini ifadə ediblər.

Bu mənəvi mərasimdə Azərbaycan Respublikasının Əhli-Beyt(ə) məddahları da möminlər ağasının vəsfində məddahlıq edərək, mərasimə gözəl bir görünüş bəxş etdilər.

Vəliyyi-Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətulislam vəlmuslimin Seyid Əli Əkbər Ocaqnejad bu mərasimdə Qədiri-Xum-un önəmi və Əmir Əlmominin(ə)-a məhəbbətin insanların dünya və axirət səadətindəki rolundan danışıb və mərasim iştirakçılarına Qədir bayramının əməllərini yerinə yetirməyi və Həzrət Əli(ə)-ın yolunu getməyi tövsiyə edibdir.