Bakıda "Qarabağın azadlığı" adlı 5-ci beynəlxalq konfrans keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i321183-bakıda_qarabağın_azadlığı_adlı_5_ci_beynəlxalq_konfrans_keçirilib
Bakıda keçirilən "Qarabağın azadlığı" adlı 5-ci beynəlxalq konfransda ABŞ-ın qüdrətpərəstliyi və unilateralizmi, həmçinin bu ölkənin müxtəlif ölkələrə qarşı sanksiyaları pislənilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2018 16:12 Asia/Baku
  • Bakıda

Bakıda keçirilən "Qarabağın azadlığı" adlı 5-ci beynəlxalq konfransda ABŞ-ın qüdrətpərəstliyi və unilateralizmi, həmçinin bu ölkənin müxtəlif ölkələrə qarşı sanksiyaları pislənilib.

Bu gün İran, Azərbaycan Respublikası, Rusiya, Türkiyə və Gürcüstandan olan qeyri-hökumət qurumları nümayəndələrinin iştirakı ilə Bakıda keçirilən bu konfransda bu toplantının koordinasiya şurasının yaradılması, koordinasiya qrupu üzvlərinin seçilməsi və Qarabağ münaqişəsinin həll yolları ilə bağlı məsələlər, o sıradan Qarabağ reallıqlarının çatdırılmasında mediaların rolu məsələsi araşdırılıb.

Bu beynəlxalq konfransın qətnaməsində dünyanın hazırkı şəraiti, o sıradan Amerikanın qüdrətpərəst siyasətləri, onun Türkiyə, İran və Avropaya qarşı əsassız təzyiq və sanksiyaları pislənərək, deyilir: İran, Rusiya və Türkiyə arasındakı son yaxşı əməkdaşlıqlar və bu ölkələrin bir-birilərinə dəstək vermələri Qarabağ münaqişəsinin və digər işğal olunmuş ərazilərin problemlərinin həllinə müsbət təsir göstərə bilər.

Bu qətnamədə habelə Azərbaycan Respublikası ərazilərinin Ermənistan tərəfindən işğalı və bu ölkənin öz qüvvələrini həmin torpaqlardan geri çəkməyə hazır olmaması və Ermənistanın yeni rəhbərliyinin sərt mövqelərinə, həmçinin Qarabağ münaqişəsinin həlli istiqamətində dünya ictimaiyyəti tərəfindən əsaslı addımların atılmamasına  işarə olunub və bildirilib ki, bu münaqişədən uzun müddət keçir və onun vəziyyəti dözülməz bir şəraitə çatıbdır.

"Qarabağın azadlığı" adlı 5-ci beynəlxalq konfransda doktor Motəfəkker Azadın başçılıq etdiyi və universitet müəllimləri və media mənsublarından təşkil olunmuş İran heyəti iştirak edib. Bu heyət Qarabağ münaqişəsi ilə mövqeyini, həmçinin bu istiqamətdə İranda atılmış addımlar barədə fikirlərini bildirib.

Qarabağ barədə beynəlxalq konfrans 2015-ci ildə Bakıda keçirilməyə başladı və ötən dörd dövrdə bu konfrans Azərbaycan Respublikasının Bakı, Gəncə, Türkiyənin İzmir və İranın Ərdəbil şəhərlərində və Rusiya, Türkiyə, İran, Azərbaycan Respublikası və Gürcüstan nümayəndələrinin iştirakı ilə keçirilibdir.