Əliyev və Paşinyan Qarabağda atəşkəsə sədaqətə təkid ediblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i324099-Əliyev_və_paşinyan_qarabağda_atəşkəsə_sədaqətə_təkid_ediblər
Azərbaycan Respublikasının prezidenti və Ermənistanın baş naziri iki ölkənin Qarabağda atəşkəsə sədaqətinə təkid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 29, 2018 16:17 Asia/Baku
  • Əliyev və Paşinyan Qarabağda atəşkəsə sədaqətə təkid ediblər

Azərbaycan Respublikasının prezidenti və Ermənistanın baş naziri iki ölkənin Qarabağda atəşkəsə sədaqətinə təkid ediblər.

İlham Əliyev və Nikol Paşinyan bu gün Tacikistanın paytaxtı Düşənbədə MDB ölkələrinin sammitinin kənarında görüşərək, Qarabağ münaqişəsi barədə danışıblar.

Əliyev və Paşinyan bu görüşdə vurğulayıblar ki, Bakı və İrəvan təmas xəttində atəşkəsin möhkəmləndirilməsi və Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə sadiqdirlər.

Tərəflər həmçinin Azərbaycan Respublikası və Ermənistanın müvafiq rəsmiləri arasında əlaqələrin bərqərarı üzrə mexanizmin yaradılması barədə razılığa gəliblər.

Azərbaycan Respublikası və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnakakanyan da iki gün bundan öncə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası kənarında ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və bu bölgədə sülhün bərqərar edilməsi tərzi barədə danışaraq, fikir mübadiləsi aparıblar.