Qərbi Azərbaycan və Azərbaycan Respublikası münasibətləri gücləndirilir
-
Qərbi Azərbaycan və Azərbaycan Respublikası münasibətləri gücləndirilir
Azərbaycan Respublikası Milli Məclisinin sədri deyib: İran İslam Respublikası və Azərbaycan Respublikası münasibətləri inkişaf etməkdədir və hazırda özünün qızıl dövrünü təcrübə edir.
Oqtay Əsədov bu gün axşam Qərbi Azərbaycan ostandarı ilə birgə iclasda deyib: 2018-ci ildə İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı ticarət dövriyyəsinin həcmi 40%-lik artımın şahidi olub və mövcud potensialları nəzərə alaraq, bu rəqəm daha da artırıla bilər.
Azərbaycan Respublikası Milli Məclisinin spikeri əlavə edib: İki ölkənin siyasi əlaqələri çox yaxşı səviyyədədir və bizi bu səfərdə əsas məqsədimiz iki ölkə arasında parlamentlərarası dostluq münasibətlərinin artırılmasıdır. Bu münasibətlər iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə kömək edə bilər. Buna görə də Qərbi Azərbaycanın bu zəmindəki potensiallarından istifadə edəcəyik.
Qərbi Azərbaycanın ostandarı Məhəmməd Mehdi Şəhriyari də bu iclasda deyib: İki tərəf elmi və universitet əməkdaşlıqları, turizm, kənd təsərrüfatı və sənaye sahəsində yaxşı əməkdaşlığa malik ola bilərlər.
O, Azərbaycan və İran arasındakı ortaqlıqlara da işarə edib və deyib: İqtisadi əlaqələr və birgə sərmayə qoyuluşu ilə sənaye şəhərciklərinin yaradılmasını müsbət qarşılayırıq.
Qərbi Azərbaycanın icra başçısı əlavə edib: Qərbi Azərbaycanın kənd təsərrüfatı və tibb sahəsindəki potensialları bu məntəqə ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələr və turizm əməkdaşlıqlarının genişlənməsinə kömək edə bilər.
Azərbaycan Respublikası Milli Məclisinin spikeri Qərbi Azərbaycana olan bir günlük səfəri zamanı Urmiyənin Maral Sənət Zavoduna da baxış keçirib.