Azərbaycan Respublikası MDB ölkələrinin ikinci turizm ölkəsidir
Rusiyanın Turizm Araşdırmaları Müəssisəsi Azərbaycan Respublikasını MDB ölkələrinin (Müstəqil Dövlətlər Birliyi - keçmiş SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi birlik) turizm səfərləri üçün ikinci seçimi elan edib.
İRNA-nın məlumatına görə, Rusiyanın Turizm Araşdırmaları Mərkəzi bildirib: Azərbaycan Respublikasının Şahdağ və Tufan dağ məntəqələri MDB ölkələrinin qış fəsli üçün ikinci əsas turizm məqsədi sayılır.
Bu məlumata görə, MDB ölkələri arasında 10 ən cazibədar şəhərlər arasında Belarusun paytaxtı Minsk və Qazaxıstanın Astana şəhərləri qış turizmi üçün müvafiq olaraq birinci və üçüncü yerləri tuturlar.
Rusiyanın Turizm Araşdırmaları Mərkəzinin bildirdiyinə görə, MDB ölkələri vətəndaşları daha ucuz turizm məqsədi kimi Özbəkistan və Maldovanı seçirlər. Alış-veriş məqsədli səfərlər üçün isə ən çox səfər edilən şəhərlər Bakı və Astanadır.
Müstəqil Dövlətlər Birliyi keçmiş SSRİ ölkələrinin əksəriyyətini özündə birləşdirinə birlikdir.