İrandan Azərbaycan Respublikasına ixracat əlli faiz artıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i331509-İrandan_azərbaycan_respublikasına_ixracat_əlli_faiz_artıb
Cari günəş ilinin səkkiz ayında İrandan Azərbaycan Respublikasına ixracat məhsullarının dəyəri 301 milyon dollara çatıbdır ki, bu da öncəki ilin oxşar dövrü ilə müqayisədə əlli faiz artımdan xəbər verir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 31, 2018 12:05 Asia/Baku
  • İrandan Azərbaycan Respublikasına ixracat əlli faiz artıb
    İrandan Azərbaycan Respublikasına ixracat əlli faiz artıb

Cari günəş ilinin səkkiz ayında İrandan Azərbaycan Respublikasına ixracat məhsullarının dəyəri 301 milyon dollara çatıbdır ki, bu da öncəki ilin oxşar dövrü ilə müqayisədə əlli faiz artımdan xəbər verir.

İnkişaf və Ticarət Təşkilatının cədvəlinə əsasən, İrandan Azərbaycan Respublikasına ixrac olunan malların payı ölkəmizin qeyd olunan müddətdəki bütün ixracatının bir fazini təşkil edir.

Cari günəş ilinin ilk səkkiz ayında İran məhsulları daha çox İraqa ixrac edilib və bu ölkə İran məhsullarının hədəf bazarları arasında birinci yerdə durur. Azərbaycan Respublikası da bu cəhətdən 12-ci yerdə durur.

Bu məlumata görə, 1397-ci günəş ilinin səkkiz ayında ixrac olunmuş bütün məhsulların 21,5 faizi İraqa aid olubdur.