Paşinyan Qareginlə birlikdə Azərbaycanla sərhədə olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i331688-paşinyan_qareginlə_birlikdə_azərbaycanla_sərhədə_olub
Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ötən gün Azərbaycanla sərhəd bölgəsində yerləşən döyüş postlarına baş çəkib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 02, 2019 08:19 Asia/Baku
  • Paşinyan Qareginlə birlikdə Azərbaycanla sərhədə olub
    Paşinyan Qareginlə birlikdə Azərbaycanla sərhədə olub

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ötən gün Azərbaycanla sərhəd bölgəsində yerləşən döyüş postlarına baş çəkib.

Bu barədə erməni mediası xəbər verir. Onu bu səfərdə bütün ermənilərin katalikosu İkinci Qaregin və baş qərargah rəisi Artak Davtyan müşayiət edib.

Paşinyan əvvəlcə modernləşdirilmiş texnikaya baxış keçirib, onların istehsal tarixi ilə maraqlanıb. Sonra isə döyüş mövqeyində xidmət keçən əsgər və zabitlərlə görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Bir neçə hərbçini isə mükafatlandırıb. Onun Azərbaycan əsgərinin postlarına baxdığı anları əks etdirən fotolar da yayılıb.

N.Paşinyan hərbçilərin qarşısında çıxış edib və tost deyib.