Bakıda "İntizar" şer axşamı" keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i339303-bakıda_İntizar_şer_axşamı_keçirilib
Azərbaycan Respublikası şair, ədib və mütəfəkkirlərindən, eləcə də İran İslam Respublikası şairlərindən bir qrupunun iştirakı ilə Bakıda "İntizar" şer axşamı" adı altında ədəbi-irfani məclis keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 23, 2019 09:27 Asia/Baku
  • Bakıda
    Bakıda "İntizar" şer axşamı" keçirilib

Azərbaycan Respublikası şair, ədib və mütəfəkkirlərindən, eləcə də İran İslam Respublikası şairlərindən bir qrupunun iştirakı ilə Bakıda "İntizar" şer axşamı" adı altında ədəbi-irfani məclis keçirilib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət mərkəzinin təşəbbüsü və bu ölkənin "Saqi Kosər" ədəbi cəmiyyətinin həmkarlığı ilə keçirilən həmin ədəbi məclisdə Azərbaycan Respublikasının Əhli-Beyt(ə) şairləri və iranlı şairlər intizar və Həzrət Məhdi(əc) barədə öz şerlərini oxuyublar.

Bu ədəbi-irfani məclis məhdəvi mədəniyyətinin yayılması və mərasim şerinin gücləndirilməsi məqsədilə keçirilib.

Bu ədəbi məclisdə həmçinin intizar şer müsabiqəsinin qalibləri təqdim olunubdur.