Tehran və Bakının hərbi rəsmiləri müzakirə ediblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i339359-tehran_və_bakının_hərbi_rəsmiləri_müzakirə_ediblər
İran və Azərbaycan Respublikasının hərbi həmkarlıqları Moskvada nəzərdən keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 24, 2019 14:57 Asia/Baku
  • Tehran və Bakının hərbi rəsmiləri müzakirə ediblər
    Tehran və Bakının hərbi rəsmiləri müzakirə ediblər

İran və Azərbaycan Respublikasının hərbi həmkarlıqları Moskvada nəzərdən keçirilib.

Azərbaycan Respublikası müdafiə nazirliyinin bildirişinə əsasən, bu gün Moskvada keçirilən səkkizinci beynəlxalq təhlükəsizlik konfransının kənarında İran və Azərbaycan Respublikasının hərbi həmkarlıqları Azərbaycan Respublikası müdafiə nazirinin müavini general Kərim Vəliyevin İran İslam Respublikası müdafiə nazirinin beynəlxalq məsələlər üzrə müavini general Mohəmməd Eslaminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə olunub. Bu iclasda tərəflər ikitərəfli hərbi əməkdaşlıqlar və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıblar.