Bakı ilə Pekin arasında on əməkdaşlıq sənədi imzalanıb
Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Çinə səfəri gedişində iki ölkə şirkətlərinin məsul şəxsləri arasında 821 milyon dollar dəyərində iqtisadi və abadlıq müqavilələri imzalanıb.
Bu müqavilələr "Bir qurşaq-Bir yol" adı altında Pekində keçirilən Yeni ipək yolu layihəsi üzrə ikinci beynəlxalq konfransının kənarında Çin və Azərbaycan Respublikasının məsul şəxsləri arasında imzalanıb.
Bu müqavilələr Bakıda avtomobil şinlərinin istehsalı zavodunun inşası, Kürdəmir rayonunda 300 hektarlıq istixana kompleksinin yaradılması və Azərbaycan Respublikasının bir neçə digər şəhərində sənaye-kənd təsərrüfatı parklarının işə salınmasına şamil olur.
İlham Əliyevin Pekinə səfərində həmçinin Çinin bir neçə şəhərində Azərbaycan Respublikasının ticarət otağının yaradılması barədə memorandum imzalanıb.