Moskva-Bakı ticarət mübadilələri 14 qat artıb
Apr 28, 2019 07:59 Asia/Baku
-
Moskva-Bakı ticarət mübadilələri 14 qat artıb
Rusiya prezidenti Azərbaycan Respublikası ilə ticarət mübadilələri səviyyəsinin 14 qat artmasından xəbər verib.
Vladimir Putin Çin paytaxtında "Bir qurşaq-Bir yol" adlı beynəlxalq konfransın kənarında öz azəri həmkarı İlham Əliyevlə görüşdə ikitərəfli əlaqələr haqda deyib: 2018-ci ildə iki ölkə arasında ticarət mübadilələri səviyyəsi 14 qat artıb və 2,5 milyard dollara çatıbdır.
Rusiya prezidenti əlavə edib: Rusiya, Azərbaycan Respublikası və İran prezidentlərinin növbəti iclası cari ilin avqust ayında Rusiyada keçiriləcək.
Üç ölkə başçılarının ilk iclası 2016-cı ilin avqustunda Bakıda, iclasın ikinci turu isə 2017-ci ilin noyabrında Tehranda keçirilibdir.