Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb
Mayın 2-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.
İRİB-in verdiyi məlumata görə, forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.
Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insanlar arasında həmrəylik yaratmaqda və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun mühüm rolu öyrənilir. Forum üç istiqamətdə davam edəcək.
İran İslam Respublikasını bu forumda İranın islami mədəniyyət və əlaqələr təşkilatının sədri Əbuzər İbrahimi Türkman təmsil edir. O Azərbaycan Respublikası mədəniyyət naziri Əbulfəzl Qarayevin rəsmi dəvəti ilə foruma qatılıb.
İranın islami mədəniyyət və əlaqələr təşkilatının sədri Əbuzər İbrahimi Türkman İRİB müxbirinə verdiyi müshibədə dünyanı kobudluğun bürüdüyü hazırkı vəziyyətdə bu kimi tədbirin keçirilməsini yüksək qiymətləndirib.
Türkman ABŞ-ın İran xalqına qarşı zalım sankiyalarına toxunaraq deyib: Bu forum öz ideyalarımızı açıqlamaq , dünya mədəniyyətinə zərbə vuran gizli əlləri ifşa etməyimiz üçün fürsət yaradır.