Mədəniyyətlərarası dialoq sülhə nail olmaq və zorakılıqdan uzaqlaşmağın yeganə yoludur
İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Bakıda keçirilən 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda etdiyi çıxışda mədəniyyətlərarası dialoqu sülhə nail olmaq və zorakılıqdan uzaqlaşmağın yeganə yolu adlandırdı.
İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkəman Bakıda keçirilən 5-ci Ümumdünya Mədəniyyətlərarası Dilaoq Forumunda keçmişdə insanların və toplumların iqtisadi güc əsasında təbəqələrə bölünməsinə işarə edərək, dedi: İnsanların mədəniyyət əsasında təbəqlərə bölünməsi heç vaxt diqqət mərkəzində durmayıb və son dekadalarda bu baxış xeyli güclənib.
Türkəman həmçinin dedi: İnsan həyatında mədəniyyətə və mədəniyyətə əsaslanan dialoqa diqqət insanın ruhuna güc verən yeganə amil olub.
5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq bu gün cümə axşamı Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 105 ölkə və 35 beynəlxalq qrumun iştirakı ilə işə başlayıb. "Ayrıseçkilik, bərabərsizlik və zorakılığın önlənilməsi üçün dialoq" şüarı altında keçirilən iclas sabah da davam edəcək.
Dinlərarası dialoq, ayrı seçkilik və bərabərsizlik ilə mübarizə, gənclərin baxışında ipək yolu, davamlı inkişafa nail olmaq üçün əməkdaşlıqların genişləndirilməsi, sülh mədəniyyətinin təbliğ edilməsi, İslamofobiya ilə mübarizə, gənclər və yeni metodlar arasında əlaqənin yaradılması, turizmə dəstək, gənclərin məşğulluğu, insan haqları, mühacirət və təhlükəsizlik bu forumun əsas müzakirə mövzularıdır.