Naxçıvan Mərkəzi Xəstəxanasının akt zalında iranlı mütəxəssislərin iştirakıilə ixtisaslaşdırılmış seminar keçirilib
Naxçıvan Mərkəzi Xəstəxanasının akt zalında iranlı mütəxəssislərin iştirakıilə ixtisaslaşdırılmış tibbi seminar keçirilib.
İranın Naxçıvandakı baş konsulluğu bildirdi: Bu seminar Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikasının sərhəd vilayətləri ilə tibb və səhiyyə sahəsindəki əməkdaşlıqları çərçivəsində və Təbriz Tibb Universitetinin nümayəndə heyətinin iştirakıilə keçirilib. Bu heyətə Dr.Məhəmməd Hüseyn Sumi rəhbərlik edib.
Dr. Sumi onu müşayiət edən Dr.Təqizadə və Dr.Cəlili ilə birlikdə İDBT üzrə hamiləlik dövrünə habelə, müalicəyə davamlı astma xəstəliyi və radiologiya ilə bağı ən son yenilikləri təqdim edib, iclas iştirakçılarının sullarını cavablandırıblar.
İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrım bu seminarın açılışm ərasimində əlaqələrin inkişafı istiqamətində iki tərəfin atdığı addımları önəmli adlandırıb və tibb sahəsini ikitərəfli əməkdaşlıqlar üçün önəmli sahə hesab edib.
Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Sumi də bu seminarda elmi əməkdaşlıqların önəminə habelə, elm və sağlamlığın inkişafında bu əməkdaşlıqların təsirinə işarə edərək, əməkdaşlıqların bundan sonra da daha yüksək səviyyədə davam edəcəyinə ümidvar olduğunu dedi.
Naxçıvanın səhiyyə naziri Niyazi Novruzov və Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov da bu seminarda çıxış edərək, bu kimi elmi seminarların keçirilməsini elmi əməkdaşlıqların inkişaf etdirilməsi üçün önəmli hesab ediblər.
Naxçıvan Muxtar Respublikası ilə İranın sərhəd vilayətləri arsında tibb və səhiyyə sahəsindəki əməkdaşlıqlar ötən 4 ildə yaxşı inkişafa malik olub və bu müddət ərzində bir neçə müştərək təlim kursları təşkil edilib. Habelə, 2 dəfə ixtisaslaşdırılmış elmi konfrans keçirilib. Bu konfranslardan biri Urmiyə, digəri isə Naxçıvan şəhərində keçirilib.